Close

Xarici işlər naziri 17 illik həyat yoldaşından boşanır

Almaniyanın xarici işlər naziri Annalena Berbok əri, PR meneceri Daniel Holeflyaşdan boşanır.

TNS xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

"Uzun bir prosesdən sonra biz birlikdə ayrılmağımızla bağlı qərar verdik",- Berbok və Holeflyaş birgə açıqlama yayıblar.

Nəşrin qeyd edib ki, açıqlamada 17 illik evliliyin pozulmasının səbəbləri qeyd olunmayıb.

Berbok və Holeflyaş cütlüyünün 9 və 13 yaşlarında iki qızı var.