Kursk vilayətinin 46 sakini Ukraynadan Rusiyaya qaytarılıb
8
19:50 - 22 Noyabr 2024
Bu gün Kursk vilayətinin 46 sakini aparılan danışıqlar prosesi nəticəsində Ukraynadan Rusiyaya qaytarılıb.
TNS TASS-a istinadən xəbər verir ki, bunu teleqram kanalında Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili-ombudsman Tatyana Moskalkova bildirib.
Moskalkova qeyd edib ki, Kurs sakinləri avqustda silahlı hücumdan sonra Ukrayna silahlı qüvvələri tərəfindən Kursk vilayəti ərazisindən aparılıb. Rusiyaya qaytarılan vətəndaşlar arasında biri yeni doğulmuş, biri 3 yaşına qədər olmaqla, 12 uşaq və əlil də var.