Rusiya benzin ixracına qadağanı götürür
7
16:13 - 22 Noyabr 2024
Rusiya benzinin ixracına qoyulan qadağanı vaxtından əvvəl ləğv etməyi planlaşdırır, yaxın günlərdə müvafiq sənədlər hazır olacaq.
TNS xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Novak deyib.
Qadağa götürüləcək, indi sənədlər hazırlanır. Bu, yaxın günlərdə baş verəcək”, - Novak bildirib.
Qeyd edək ki, Rusiya hökuməti sentyabrın 1-də benzinin ixracına qoyduğu qadağanın müddətini 31 dekabradək uzatmışdı.