Close

20:39
22 Noyabr 2024

Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir

NATO-nun baş katibi Mark Rutte yaxın vaxtlarda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı Ukrayna məsələsində Rusiyaya güzəştə getməməyə inandırmaq üçün onun Mar-a-Laqodakı iqamətgahına baş çəkəcək.

TNS xəbər verir ki, bu barədə "Vaşinqton Post" alman rəsmilərinə istinadən məlumat yayıb.

"Rutte bildirəcək ki, Trampın və Avropanın maraqlarına Rusiyanın təcavüzündən çəkindirən və Ukrayna üçün davamlı təhlükəsizlik təminatları verə bilən ədalətli və davamlı sülh xidmət edir. Baş katib Trampla söhbətində qeyd edəcək ki, Ukrayna münaqişəsi kontekstində Rusiyaya güzəştlər Qərb üçün qəbuledilməzdir, çünki pis razılaşma Trampa zərər verəcək", - mənbə bildirib.