Borrell Netanyahu və Qallantla bağlı həbs qərarını dəstəkləyib
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallanta qarşı həbs qərarına münasibət bildirib.
TNS "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, Borrell sözügedən şəxslərin həbsi ilə bağlı qərarın hörmət edilməli və icra edilməli olduğunu bildirib.
İordaniyada səfərdə olan Borrell Beynəlxalq Cinayət Məhkəməsinin qərarını dəstəkləyib.
Qərarın siyasi olmadığını vurğulayan Borrell, bütün Avropa Birliyi ölkələri daxil olmaqla məhkəməyə üzv dövlətləri qərarı icra etməyə dəvət edib.