Bu ölkələr söz verdi- Netanyahunu həbs edəcəklər
Niderland İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəyə səfər edəcəyi təqdirdə onun həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin qərarını yerinə yetirəcək.
TNS xəbər verir ki, bunu krallığın xarici işlər naziri Kaspar Veldkamp bildirib.
“Netanyahuya qarşı həbs orderini icra edəcəyimiz çox aydındır”, - deyən Veldkamp eyni şeyin İsrailin sabiq müdafiə naziri Qallantın həbsinə də aid olduğunu qeyd edib.
Nazir vurğulayıb ki, Hollandiya Roma Statutunun icrasına tam sadiqdir.
İsveçrə Ədliyyə Nazirliyi də məlumat yayaraq, Benyamin Netanyahunu ölkəyə səfər edəcəyi təqdirdə həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) təhvil verməyə hazır olduqlarını bildirib.
Noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi Qəzza zolağındakı vəziyyətlə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın həbsinə order verib.