Almaniya XİN başçısı HƏMAS-ı terrorçu adlandırdı
Ötən il 1 il ərzində dəfələrlə Qəzzadakı vəziyyətlə tanış olmuşam.
TNS-in xəbərinə görə, bunu bu gün COP29 çərçivəsində Bakıda keçirilən mətbuat konfransında Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok bildirib.
O deyib ki, harada baş verməsindən asılı olmayaraq hər uşağın üzləşdiyi faciə və onların taleyi onlar üçün önəmlidir:
“HƏMAS terrorçularının Qəzzadakı günahsız insanlara qarşı törətdikləri, məktəbləri və xəstəxanaları atəşə tutması qəbuledilməzdir. Yaxın Şərqdəki vəziyyəti və iqlim dəyişikliyi problemini nəzərə alaraq deyə bilərəm ki, dünyada vəziyyət son dərəcə mürəkkəbdir. İlk növbədə, biz aralarında uşaqlar olmaqla Qəzzada girovluqda saxlanılan 100-dən çox günahsız şəxsin azad olunmasını istəyirik. Bu istiqamətdə indiyədək göstərilən səylərin nəticə verməməsindən təəssüflənirik".