Close

Sabiq nazir saxlanıldı

Serbiyanın əvvəllər istefa vermiş tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç Novi Sad dəmir yolu vağzalında beton örtünün uçması ilə bağlı daha 10 nəfərlə birlikdə saxlanılıb.

TNS xəbər verir ki, bu barədə Serbiyanın “News.rs” nəşri prokurorluğa istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılananlar arasında dəmir yolu nəqliyyatı nazirinin müavini Anita Dimovski və Dəmir Yolu İnfrastrukturunun direktoru Yelena Tanaskoviç də var.

20240505_gaf_x99_732-pic_32ratio_900x600-900x600-98681