Lyayen təyyarədə sərnişini ölümdən qurtardı
22
15:21 - 21 Noyabr 2024
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen Sürixdən Brüsselə uçarkən təyyarədə halı pisləşən sərnişinlərdən birinə ilkin tibbi yardım göstərib.
TNS xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, təyyarə havada olarkən sərnişinlərdən biri özünü halsız hiss edib və bu zaman yardıma Lyayen çatıb. Onun ilkin tibbi müdaxiləsindən sonra sərnişn özünə gəlib.
Qeyd edək ki, Ursula Fon der Lyayen ixtisasca həkimdir. O, Hannoverdə Ali Tibb Məktəbini bitirib və tibb elmləri namizədidir.