Close

Qərb hökmranlığı bitib, güc mərkəzi Şərqə keçib

Qərb sivilizasiyasının beş yüz illik hökmranlıq dövrü başa çatıb, dünya iqtisadiyyatının mərkəzi Şərqə keçib.

TNS TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Onun sözlərinə görə, Asiya ölkələri daha da gücləniblər və sübut ediblər ki, onlar müstəqil iqtisadi və siyasi güc mərkəzləridirlər.

Bu baxımdan, Macarıstanın Baş naziri hesab edir ki, növbəti əsr Avrasiya əsri olacaq.