Close

Dünyanın ən çirkli şəhəri - FOTO

Hindistanın paytaxtı Yeni Dehli hava çirkliliyinə görə dünyada ilk sıradadır.

TNS xəbər verir ki, hava keyfiyyəti indeksinə (AQI) əsasən, hava çirkliyininin həddi 450-ni keçirsə, artıq həmin şəhərdə yaşamaq insanların sağlamlığı üçün ciddi təhdiddir. Yeni Dehlidə bu rəqəm 481-dir. Bu şəhər hazırda "son dərəcə ağır" kateqoriyasındadır.

Havanın çirklənməsi nəticəsində yaranan zəhərli tüstü və duman şəhərdə görmə məsafəsini 150 metrə endirdiyi üçün təyyarə uçuşları və qatarların hərəkəti təxirə salınır.

Şəhər administrasiyası problemin həlli üçün müxtəlif tədbirlə görür. Belə ki, təmiz enerji yanacağı istifadə etməyən bütün yük maşınları və oxşar avtomobillərin Yeni Dehliyə girişi qadağan edilib.

Paytaxtda uşaqlara, qocalara və tənəffüs, ürək-damar və serebrovaskulyar kimi xroniki xəstəlikləri olan insanlara evdə qalmaq tövsiyə olunub. Məktəblərdə 10-12-ci siniflər istisna olmaqla, bütün şagirdlər onlayn təhsilə keçib. Qərara alınıb ki, dövlət idarələrində çalışan işçilərin yarısı evdən işləsin.

Havanın çirklənməsinə qarşı “Mərhələli Mübarizə Fəaliyyət Planı” (GRAP) həyata keçirilir. Hava keyfiyyətinin "son dərəcə ağır" kateqoriyasına yüksəlməsi ilə Hindistanda GRAP çərçivəsində fövqəladə hallar istisna olmaqla, kömür, odun və dizel generatorlarının istifadəsini əhatə edən fəaliyyətlər qadağan edilib.

Yeni Dehlidə insanlar şəhərdə hərəkətliliyi və nəqliyyat vasitələrinin tullantılarını mümkün qədər azaltmaq üçün ictimai nəqliyyatdan istifadə etməyə çağırılıb.

d4

d2 d3 d5 d6