Close

Üstünə lent yapışdırılan banan 6,2 milyon dollara satıldı

İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə yapışdırılmış banan 6,2 milyon dollara satılıb.

TNS xəbər verir ki, bu barədə “Sotheby's" hərrac evinin "X" hesabıbda məlumat verilib.

Əsər Çindən olan kolleksiyaçı, "TRON" blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.

"Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq", - o bildirib.