16 yaşdan kiçiklərə sosial media qadağan edilir
Böyük Britaniyada 16 yaşdan kiçik uşaq və yeniyetmələrin sosial mediadan istifadəsinə qadağa qoyula bilər.
TNS xəbər verir ki, bu təşəbbüslə ölkənin Elm, innovasiya və texnologiya üzrə dövlət naziri Peter Kayl çıxış edib.
Nazir “ITV News”a açıqlamasında bu məsələnin müzakirə olunduğunu bildirib.
O, internetin uşaqlar üçün təhlükəsiz olması üçün əlindən gələni edəcəyini vurğulayıb: “Mən məcbur olmadıqca bir şeyi birbaşa qadağan etmək istəmirəm, lakin hər zaman insanların təhlükəsizliyini ön planda tuturam. Gələn il qüvvəyə minəcək Onlayn Təhlükəsizlik Qanununun tətbiqindən məsul olan Rabitə Ofisi (Ofcom) texnologiya şirkətləri barədə daha sərt qərarlar verməlidir.
16 yaşından kiçiklər üçün sosial medianın məhdudlaşdırılmasının müzakirə edildiyi Avstraliyadakı siyasətçilərlə də əlaqə saxlayırıq”.
Kayl smartfonların uşaqlara təsirinin ciddi araşdırılacağını bildirib.