Close

09:48
21 Noyabr 2024

Rusiya bu gün Kiyevi vuracaq - ABŞ səfirliyini bağladı

ABŞ noyabrın 20-də güclü raket hücumu ehtimalına görə Kiyevdəki səfirliyini təcili olaraq bağlayır.

TNS xəbər verir ki, bu barədə ABŞ-nin Ukraynadakı səfirliyinin yaydığı fövqəladə xəbərdarlıqda deyilir.

"ABŞ-nin Kiyevdəki səfirliyi noyabrın 20-də potensial əhəmiyyətli hava hücumu ilə bağlı konkret məlumat əldə edib. ABŞ səfirliyi vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal qorunmağa hazır olmağı tövsiyə edir", - səfirlik bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, ruslar aylardır, Ukraynaya silsilə hücumlar üçün raket ehtiyatı saxlayırlar.