Rusiya Sumi şəhərini vurdu: çox sayda ölən və yaralanan var
65
00:34 - 18 Noyabr 2024

Rusiya ballistik raketlə Ukraynanın Sumi şəhərində hündürmərtəbəli binanı vurub.
TNS xəbər verir ki, bu barədə Sumi Şəhər Şurasının katibi Artem Kobzar “Telegram”da məlumat yayıb.
İlkin məlumata görə, 8 nəfər ölüb, çox sayda yaralı var.
Polis və Fövqəladə Hallar Dövlət Xidmətinin əməkdaşları insanları təxliyə edirlər.