İranın xarici işlər naziri MAQATE-ni hədələyib
6
23:59 - 16 Noyabr 2024
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurası İrana qarşı qərar qəbul edərsə, Tehran cavab tədbirləri görəcək.
TNS xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı Dövlət Televiziyasının efirində deyib.
"Yaxınlarda MAQATE Rəhbərlər Şurasının iclası olacaq. Orada anti-İran qətnaməsinin qəbul ediləcəyi ehtimalı var. Əgər bu baş verərsə, İrandan proporsional cavab alacaqlar. Biz nüvə proqramımızla bağlı yeni tədbirlər görəcəyik ki, bu da onların heç xoşuna gəlməyəcək”, - Araqçı bildirib.