Close

22:25
16 Noyabr 2024

Müxalifətlə hakimiyyət arasındakı danışıqlar orada baş tutacaq

Abxaziya parlamenti hakimiyyətlə müxalifət arasında danışıqlar platforması rolunu oynamağı öhdəsinə götürüb.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin üzvü Leonid Lakerbaya prezident Aslan Bjaniyanın Oçamçira rayonunun Tamış kəndində tərəfdarları ilə görüşündə bildirib.

“Parlament danışıqlara, mövqeləri yaxınlaşdırmağa hazır olan və hadisələrin konstitusiya sahəsinə qayıtması üçün hər şeyi edəcək platforma olacaq”,- deputat qeyd edib.