CAR-da 50 şagird məktəbdə zəhərlənib
12
21:38 - 14 Noyabr 2024
Cənubi Afrikanın şimalındakı Limpopo əyalətində 50 məktəb şagirdi qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya çatdırılıb.
TNS xəbər verir ki, bu barədə əyalətin səhiyyə departamentinin nümayəndəsi Nil Şikvambana “SABC” radiosunun efirində məlumat verib.
“İlkin olaraq Giyani şəhərindəki məktəbdən 39 şagird xəstəxanaya çatdırılıb, daha sonra 11 şagirdə də təcili tibbi yardım göstərilib”,- Şikvambana qeyd edib.
Şagirdlərin hamısı məktəb yeməkxanasında sıyıq yedikdən sonra mədə ağrısı hiss ediblər .
Əyalətin səhiyyə işçiləri analiz üçün qidadan nümunələr götürüblər.
Əlaqəli xəbərlər
23:00
14 Noyabr 2024