Close

21:00
14 Noyabr 2024

Putin bu prosesə şəxsən nəzarət edir

Rusiya Prezident Administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi yoxdur.

TNS xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Vladimir Putin məsələ ilə şəxsən məşğuldur:

“Bu sahəyə təbii ki, şəxsən Putin nəzarət edir. Xüsusi hərbi əməliyyat gedir, o, Ali Baş Komandandır”.

Qeyd edək ki, bundan öncə "Foks Nyus" Donald Trampın administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndə vəzifəsi təsis edəcəyi haqda məlumat yayıb.