Close

21:00
14 Noyabr 2024

Harris uduzub, amma yenə də pul yığır

ABŞ seçkilərində uduzan Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçkilərin bitməsindən bir həftə keçsə də pul yığmağa davam edir.

TNS xəbər verir ki, bu barədə Amerikanın NBC telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, iki kampaniya rəsmisi vəsaitin sorğuların ştatda yenidən sayılması kimi səylərə kömək etmək üçün partiyanın Milli Komitəsinə gedəcək pul olduğunu söyləyib.

Harrisin bir neçə ay ərzində topladığı məbləğ 1 milyard dollar həddini keçib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp qalib gəlib.