Close

21:00
14 Noyabr 2024

Həbsdə olan güneyli etirazçıya ölüm hökmü verildi

2022-ci ilin sentyabrından İranda başlayan xalq etirazları zamanı həbsə atılan, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təcridxanasında, sonra da Kərəcin Qızılhisar həbsxanasında saxlanılan güneyli gənc Milad Armuna Tehranın 1-ci Cinayət Məhkəməsi tərəfindən ölüm hökmü verilib.

TNS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə güneyli etirazçının vəkili Babək Pakniya xəbər verib. Vəkilin sözlərinə görə, onunla birlikdə yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünü öldürməkdə günahlandırılan daha üç gənc barəsində edam qərarı çıxarılıb.