Close

21:00
14 Noyabr 2024

Hakimiyyəti hədələyən ictimai fəal özünü öldürdü

İranlı fəal Kiyanuş Sanjari hakimiyyəti dörd siyasi məhbusu azad etməyəci təqdirdə intihar edəcəyi ilə bağlı hədələyib.

TNS xəbər verir ki, rejim əleyhdarı fəal bu barədə sosial şəbəkədə xəbərdarlıq mesajı dərc edib.

Xüsusilə, o, Fatemeh Sepehri, Nasreen Şakarami, reper Tomac Salehi və fəal Ərşam Rezainin azadlığa buraxılmasını tələb edib.

“Əgər onlar noyabrın 14-ü saat 19:00-a qədər həbsdən azad edilməsələr və onların azadlığa buraxılması xəbəri ədliyyə orqanlarının saytında dərc olunmasa, mən Xamenei və onun əlaltılarının diktaturasına etiraz olaraq intihar edəcəm”, - Sanjari qeyd edib.

Fəal xəbərdarlığı paylaşdıqdan bir neçə saat sonra intihar edib.

Onun necə intihar etdiyi dəqiq məlum deyil. Kiyanuş Sanjarinin sonuncu paylaşımı Tehrandakı hündürmərtəbəli binanın sonuncu mərtəbəsindən çəkilmiş foto olub.