Close

17:32
26 Dekabr 2024

Paris prokurorları Marin Le Penin həbs edilməsini tələb ediblər

Fransada Paris prokurorluğu “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin analoji müddətə səsvermə hüququnun itirilməsini tələb edib.

TNS xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Prokurorluq iddia edib ki, Le Pen və onun tərəfdaşları Avropa Parlamentində saxta deputat köməkçiləri işə götürüblər.

2027-ci ildə Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirən Le Peni həmçinin 300 min avro cərimə gözləyir.