Netanyahu İran xalqına müraciət etdi
İsrail İranla müharibə istəmir və dövlətlər arasında münasibətlərdəki bütün problemlər Tehrandakı hakimiyyətdən qaynaqlanır.
TNS xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına yeni videomüraciətində bildirib.
“Xamenei (İranın ali dini lideri) rejimini İsraildən daha çox qorxudan bir şey var. Bu, siz İran xalqısınız”, - Netanyahu deyib.
İsrail hökumətinin başçısı qeyd edib ki, Xamenei rejimi hər gün zəifləyir, İsrail isə güclənir və dünya bu gücün yalnız bir hissəsini görüb.
“Mən bilirəm ki, çoxlarınız bu müharibəni istəmirsiniz. Mən də, İsrail xalqı da bu müharibəni istəmirik”, - Baş nazir əlavə edib.