Rusiyada yaşayan həmyerlilərimizin nəzərinə: tələblər sərtləşdirilir
Rusiyada miqrant uşaqlarının rus dilini bilmələri təsdiqlənmədən məktəblərə qəbulu qadağan edilə bilər.
TNS xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
O qeyd edib ki, müvafiq qanun layihəsi parlamentin Aşağı Palatasının müzakirəsinə təqdim ediləcək.
Volodinin sözlərinə görə, məsələ Dövlət Dumasının 20 noyabrda plenar iclasda müzakirə etməyi planlaşdırdığı qərar layihəsində əks olunacaq.
"Miqrantların uşaqlarının məktəblərə qəbulu zamanı onların Rusiya ərazisində qalmasının qanuniliyinin yoxlanılmasını, rus dili üzrə məcburi testlərdən keçməsini, həmçinin rus dilini bilməsinin təsdiqi olmadan ümumtəhsil müəssisələrinə qəbulunun qadağan edilməsini təklif edirik. Bu baxımdan, müvafiq mövzu üzrə qanun layihəsi təqdim ediləcək", - deyə Volodin qeyd edib.