Birinci xanımlar arasında qalmaqal - Onun alt paltarını... - FOTO
Yenidən ABŞ Prezidenti seçilən Donald Trampın həyat yoldaşı Melanya Tramp hazırkı Prezident Co Baydenin həyat yoldaşı Cill Baydenin dəvətini rədd edib.
TNS xəbər verir ki, bu barədə "The New York Post" məlumat yayıb.
Trampın səbəb kimi federal hökumətin ABŞ Prezidenti Co Bayden administrasiyasının məxfi sənədləri ilə bağlı araşdırması çərçivəsində Mar-a-Laqo malikanəsinə basqını göstərdiyi iddia edilib.
“Cill Baydenin əri (ABŞ Prezidenti Bayden) Federal Təhqiqat Bürosuna (FTB) Melanya Trampın alt paltarının olduğu çəkməcənin axtarılmasına icazə verdi”,- nəşr qeyd edib.
Hadisə birinci xanımlar arasında illərdir, davam edən protokol və nəzakət ənənəsinin pozulduğunu göstərir.