Close

Almaniyada yeni parlament seçkiləri fevralın 23-də keçirilə bilər

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Bundestaq üzvlərinin kansler Olaf Şolsun hökumətinə etimaddan imtina etməsi halında, 2025-ci il fevralın 23-də növbədənkənar parlament seçkilərinin keçirilməsi tarixini təsdiqləyəcək.

TNS xəbər verir ki, bu barədə jurnalistlərə dövlət başçısının nümayəndəsi məlumat verib.

“Hazırkı qiymətləndirməsinə görə, Frank-Valter Ştaynmayer 23 fevral 2025-ci il tarixini yeni seçkilərin keçirilməsi üçün real tarix hesab edir”, - dövlət başçısının rəsmisi qeyd edib.