"Prioritetimiz müsəlman ölkələri və qonşu dövlətlərlə münasibətlərdir"
7
20:31 - 07 Noyabr 2024
Tehranın prioriteti müsəlman ölkələri və qonşu dövlətlərlə münasibətlərdir.
TNS xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O, ABŞ-da seçkilərdə kimin qalib gəlməsinin onlar üçün heç bir fərq etmədiyini bildirib:
“Çünki ölkəmiz öz daxili gücünə və xalqına güvənir".
Qeyd edək ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib. Respublikaçıların prezidentliyə namizədi Donald Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.