Close

23:55
02 Yanvar 2025

Almaniyanın 140 yaşlı nəhəngi Çinə uduzdu

140 yaşlı Alman nəhəngi “Varta”, ABŞ və Çinin akkumulyator sektorunda sürətli inkişafı səbəbiylə küncə sıxışdırılıb.

TNS xəbər  verir ki, “Apple”in AirPods layihələrində iştirak edərək tarixi zirvəyə çatan “Varta” artan borclar və Çinin aşağı qiymət üstünlüyü səbəbindən iflas ərəfəsindədir.

Bu gün smartfonlardan rəqəmsal saatlara, qulaqlıqlardan planşetə, klaviatura və “mouse”  kimi bir çox elektron cihaza qədər hər sahədə istifadə olunan batareyalar həyatın ayrılmaz hissəsinə çevrilib. Elektrik və hibrid avtomobillərin yüksəlişi də akkumulyator texnologiyalarının əhəmiyyətini artırıb.

Elektrikli avtomobil akkumulyatorlarının inkişafı üçün tələb olunan Ar-Ge investisiyalarını ödəyə bilməyən Alman nəhəngi BYD və CATL kimi Çin nəhənglərinin xammal tədarükündəki aqressiv strategiyalarına qarşı durmaqda çətinlik çəkib. Bu, bir sıra Alman markaları kimi “Varta”nın da bazar payını əhəmiyyətli dərəcədə itirməsinə səbəb olub.

“Varta” son vaxtlar borc yükü 600 milyon avronu keçdiyi üçün maliyyə çətinliyi ilə üzləşib.

“Ekonomim”in məlumatına görə, şirkətdə nağd pul çatışmazlığı yaşanır və bu vəziyyət ödənişlərdə ciddi axsamalara səbəb olur. 140 illik tarixi ilə tanınan “Varta”, səhmlərinin qiymətləri dünya birja tarixinin ən böyük çöküşlərindən biri hesab edilən 2008-ci il böhranı səviyyəsindən aşağı düşdüyü üçün böyük çökməyə doğru gedir.

140-yillik-alman-devi-varta-iflasin-esiginde-18018298_1814_m