Close

FTB kütləvi iğtişaşlarla təhdid edən şəxsi saxlayıb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə kütləvi atışma törədəcəyi ilə hədələyən şəxsi saxlayıb.

TNS xəbər verir ki, bu barədə ABC televiziyası mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsaak Sissel internetdə Trampın seçkidə qalib gələcəyi təqdirdə mühafizəkar xristianların kütləvi şəkildə güllələnəcəyi ilə hədələyən mesajlar yerləşdirib.

Həbs edildikdən sonra o, respublikaçı namizədin zərərsizləşdirilməli olan təhlükə olduğunu və Trampın öləcəyi təqdirdə hər şeyin daha yaxşı olacağını deyib.