Close

Prezident Putinin “iti"dir - Baş nazirdən təhqiramiz AÇIQLAMA

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ölkə prezidenti Zoran Milanoviçi NATO-nun Ukraynaya Təhlükəsizlik və Təlim Yardımı təşəbbüsündə iştirakını təsdiqləməkdən imtina etdiyinə görə Putinin "pudeli” adlandırıb.

TNS xəbər verir ki, bu barədə Baş nazirin Xorvatiya televiziyasında yayımlanan videobəyanatında bildirilib.

Plenkoviç Prezident Milanoviçi Rusiyaya işləməkdə ittiham edib.