Close

Donald Tramp: "Ölkəmiz çətin vəziyyətdədir"

“Əgər mən seçkilərdə uduzsam və seçkilər ədalətli keçəcəksə, bunun nəticələrini qəbul edəcək ilk insan mən olacağam”.

TNS-in məlumatına görə, bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Florida ştatında Uest Palm Biç şəhərində səsvermədə iştirak etdikdən sonra jurnalistlərin suallarına cavabında deyib. Lakin o, seçkilərdə qalib gələcəyinə əmin olduğunu bildirib: “Eşitmişəm ki, biz yaxşı gedirik. Nəticələr heç bir-birinə yaxın belə olmayacaq”,- deyən Tramp seçki kampaniyasının ABŞ-da ən yaxşı kampaniyalardan biri olduğunu vurğulayıb.

Seçkinin nəticələrinə əsasən tərəfdarlarına zorakılığa əl atmamaqla bağlı çağırış edib-etməyəcəyi ilə bağlı suala cavabında Tramp bildirib ki, heç kəsə heç nə deməyəcək, çünki heç bir zorakılıq olmayacaq: “Məni dəstəkləyənlər zorakı insanlar deyil”.

“Biz böyük ölkəyik, lakin ölkəmiz çətin vəziyyətdədir. Biz bunları düzəltməliyik”,- deyə prezidentliyə namizəd qeyd edib.