Close

Milli təhlükəsizlik nazirindən işdən çıxarılan nazirlə bağlı açıqlama

Baş nazir Benyamin Netanyahunu Yoav Qallantı müdafiə naziri vəzifəsindən uzaqlaşdırdığına görə alqışlayıram.

TNS xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib.

Onun sözlərinə görə, Qallant hakimiyyətdə olduğu müddətdə mütləq qələbə əldə edilə bilməzdi.

Qeyd edək ki, Ben-Qvir əvvəllər dəfələrlə Qallantı istefaya çağırıb.