"Tramp seçilməsə, ölkədə ara qarışacaq"
11
21:08 - 05 Noyabr 2024
ABŞ hakimiyyəti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçkilərdə məğlub olacağı təqdirdə iğtişaşlar olacağını gözləyir.
TNS xəbər verir, bu barədə "The Washington Post" yazıb.
Onun sözlərinə görə, hakimiyyət ən çox nəzarətdən çıxa biləcək yerli insidentlərdən narahatdırlar.
Nəşr qeyd edir ki, hakimiyyət 2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarının Kapitolinin binasına soxulduğu hadisələrin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərini gücləndirib.