Ukrayna və Şimali Koreya hərbçiləri arasında şiddətli döyüş...
28
18:43 - 05 Noyabr 2024
Ukrayna hərbçiləri ilk dəfə Şimali Koreya qoşunları ilə döyüşə girib.
TNS xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov “Politiko”ya açıqlamasında deyib.
O bildirib ki, tərəflər arasında genişmiqyaslı toqquşma olub.
Nazir döyüşün harada baş verdiyini, qüvvələrin sayı barədə əlavə informasiya verməyib.