4:53-də dayandı- 100 min dollara satılır
“Titanik”in batması zamanı dayanan sərnişinlərdən birinin cib saatı hərracda təxminən 100 min dollara satılacaq.
TNS xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Saat "Titanik"in uruqvaylı sərnişini Ramon Qomezə məxsus olub və layner batdığı zaman saat 4:53-də dayanıb.
Qomez qəza zamanı çimərlik kreslosunu tutaraq özünü xilas etməyə çalışıb. Onun cəsədi “Titanik” batdıqdan bir həftə sonra tapılıb. Şəxsi əşyaları ilə birlikdə müsadirə edilən saat pis vəziyyətdə olub.
Hərracçılar saatın "Titanik"lə əlaqəli "emosional cəhətdən ən güclü" əşyalardan biri olduğunu düşünür və kolleksiyaçılar üçün əsl tapıntı adlandırırlar.