Close

Trampın qələbə şansı 61 % qiymətləndirilir

ABŞ prezidentliyinə namizəd Donald Trampın prezident seçkilərində qalib gəlmə ehtimalı 61 faizdir.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə "Polymarket" bukmeker agentliyinin məlumatında deyilir.

Agentliyin hesablamalarına görə, Trampın rəqibi Kamala Harrisin şansı isə 39 % təşkil edir. Ağ Evin keçmiş rəhbərinin qələbəsinə təxminən 1,3 milyard dollar, hazırkı vitse-prezidentinin qələbəsinə isə 808 milyon dollar pul qoyulub.

Qeyd edək ki, bu gün ABŞ-də prezident seçkiləri keçirilir.