Close

Fermerlər Fransa hakimiyyətini "aclıqla" hədələdilər

Fransa fermerlər birliyi CR47, Beşinci Respublikanın səlahiyyətlilərini fəaliyyətsizliklərini davam etdirərlərsə, ölkədə ərzaq tədarükünü dayandırmaqla hədələyiblər.

TNS xəbər verir ki, bu barədə “France Press” məlumat yayıb.

CR47 bütün fermerləri noyabrın 19-da prefekturalar qarşısında nümayiş keçirməyə çağırıb.

“Səlahiyyətlilər təcili qərar verməsələr, fermerlər ertəsi gün ərzaq tədarükünü dayandıracaqlar",- birlikdən bildirilib.