Ukraynaya 600 milyon ayrıldı- Kredit, yoxsa yardım?
10
23:50 - 04 Noyabr 2024
Ukrayna hökuməti Dünya Bankı ilə 600 milyon dollara yaxın vəsaitin ayrılmasını nəzərdə tutan saziş imzalayıb.
TNS xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal “Telegram”da bildirib.
Şmıqalın sözlərinə görə, bu vəsait kiçik və orta biznesin dəstəklənməsinə, yaşıl keçidə, biznes mühitinin yaxşılaşdırılmasına və rəqəmsallaşmaya sərf olunacaq.
O əlavə edib ki, proqramın ümumi planlaşdırılan məbləği 1 milyard dolları ötür və 2027-ci ilə qədər nəzərdə tutulub.
Baş nazir bu vəsaitin Kiyevə hansı əsasla veriləcəyini açıqlamayıb: kredit kimi, yoxsa pulsuz.