İsrail ordusu Dəməşqin ətraf bölgələrini atəşə tutub
5
21:30 - 04 Noyabr 2024
İsrail Hərbi Hava Qüvvələrinin Dəməşq Beynəlxalq Hava Limanına gedən yolda yerləşən Seyid Zeynəb bölgəsinin cənub-şərqinə hücumu zamanı hava limanına ziyan dəyməyib.
TNS xəbər verir ki, “Əl Vatan” qəzetinin verdiyi məlumata görə, bunu Suriya Mülki Aviasiya İdarəsinin baş direktoru Basem Mansur bildirib.
“Dəməşq hava limanı təcavüzkarın raket hücumlarına məruz qalmayıb, paytaxtın hava limanı zədələnməyib və normal şəkildə fəaliyyətini davam etdirir”, - deyə o bildirib.
Məlumata görə İsrailin hücumu yerli vaxtla saat 17:18-də Dəməşq yaxınlığındakı Colan təpələrindən baş verib.