Close

İspaniya kralı hücuma məruz qaldı

İspaniya kralı VI Filipp və həyat yoldaşı Letisiya Valensiyada daşqından əziyyət çəkənlərin hücumuna məruz qalıb.

TNS xəbər verir ki, bu barədə TVE kanalı məlumat yayıb.

Məlumata görə, kral və kraliça Valensiyaya, daşqınlardan çox zərər çəkmiş Paiporta və Çiva rayonlarına yollanıb.

Toplaşanlardan bəziləri onlara tərəf palçıq atmağa başlayıblar. Etirazçılar VI Filipp və Letisiyanı “qatil” adlandırıblar.