ABŞ-da 53 milyondan çox sakin səs verdi
8
23:21 - 30 Oktyabr 2024
Oktyabrın 30-na olan məlumata əsasən, ABŞ-da 53 milyondan çox sakin noyabrın 5-də keçiriləcək ümumi seçkilərlə bağlı erkən səs verib.
TNS xəbər verir ki, bu rəqəmləri Florida Universitetinin Seçki Laboratoriyası elan edib.
Qeyd olunur ki, erkən səs verən seçicilərdən 27,7 milyondan çoxu şəxsən səsvermələrə qatılıb, 25,7 milyona yaxını isə səslərini poçt vasitəsilə göndərib.
Qeyd edək ki, ABŞ-da erkən səsvermə ştatlardan asılı olaraq sentyabrın 20-dən etibarən başlayır və noyabrın 2-dək davam edir.