İsrail "Hizbullah"ın yanacaq anbarlarını vurdu
6
22:20 - 30 Oktyabr 2024
İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki Bekaa vadisində "Hizbullah" hərəkatının yanacaq anbarlarına hücum edib.
TNS xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Bu anbarlar "Hizbullah" hərbi maşınlarının yanacaqla təmin edilməsində istifadə edilib və "Hizbullah"ın əməliyyat hərbi infrastrukturu üçün mühüm əhəmiyyət kəsb edirdi", - məlumatda bildirilib.
Bildirilib ki, hücum edilən ərazilər üçün yanacaq İran tərəfindən "Hizbullah"a hərbi dəstəyin bir hissəsi olaraq verilib.