Close

Sankt-Peterburq sakinlərinə çox içmək qadağan edilir

Sankt-Peterburqda alkoqol satışı saatlarının məhdudlaşdırması düşünülür.

TNS xəbər verir ki, bu barədə “Shot” “Telegram” kanalı Qanunvericilik Assambleyasının Sosial Siyasət və Səhiyyə Komissiyasının sədri Aleksandr Rjanenkovun bəyanatına istinadən məlumat yayıb.

Rjanenkovun sözlərinə görə, deputatlar mağazalarda sakinlərə və turistlərə spirtli içkilərin satışına (müəyyən saatlarda) məhdudiyyətlər qoymaq barəsində düşünürlər. Həmçinin, alkoqollu içkilərin satışının qadağan olunduğu zonaların - məktəblərin, uşaq bağçalarının və digər sosial müəssisələrin yaxınlığı - genişləndirilməsi imkanları da müzakirə olunur.

Deputatlar ilk növbədə ekspertlərin və Sankt-Peterburq sakinlərinin fikirlərini dinləyəcəklərini bildiriblər.

Qeyd edək ki, daha əvvəl Voloqda vilayətində gündə iki saatdan başqa - 12-dən 14-ə kimi spirtli içkilərin satışı qadağan edilib. Regionun qubernatoru Georgi Filimonov məhdudiyyəti regionda alkoqolizm hallarının artması ilə izah edib.