Close

İranda həkim çatışmazlığı: Xəstələr xaricə göndəriləcək

Ölkədə həkim çatışmazlığına görə xəstələrin müalicəsi problemə çevrilib. Belə davam edərsə, 7-8 ildən sonra xəstələri müalicə üçün xarici ölkələrə göndərmək məcburiyyətində qalacağıq.

TNS xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Əli Cəfərian deyib.

"İnqilabın ilk illərində xarici həkimlərin xidmətindən istifadə etsək də, sonradan vəziyyət dəyişdi. 3 il əvvələ kimi xəstələrin xaricdə müalicə olunması az hallarda baş verirdi, indi isə bu genişlənməkdədir", - o bildirib.

Cəfərian xarici ölkələrə işləməyə gedən həkimlərin sayının artdığı, yaxın gələcəkdə bu sahədə qarşısıalınmaz problemlərin ortaya çıxacağı barədə xəbərdarlıq edib.