Rusiyada qanunsuz miqrantların sayı artdı
6
19:50 - 30 Oktyabr 2024
Rusiyada qanunsuz miqrantların sayı 40% artıb.
TNS xəbər verir ki, bunu Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev deyib.
“Oktyabrın 1-nə Rusiyada 6,5 milyondan çox başqa dövlətlərin vətəndaşı var idi. Onlardan 740 mindən çoxunun yaşamaq üçün heç bir hüquqi əsası yox idi. İlin əvvəlindən bu şəxslərin sayı 40 faizə yaxın artıb”, - o bildirib.
O qeyd edib ki, bəzi miqrantlar Rusiyaya turist vizası ilə daxil olur, sonra isə ölkədə qalırlar.