“Dolların bahalaşması qaçılmazdır...”
Noyabrın 4-də ABŞ-də keçiriləcək prezident seçkilərindən sonra dolların aqibəti necə olacaq?
TNS-in bu barədə sualını cavablandıran Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı Murad Calalov bildirib ki, bütün ölkələrdə olduğu kimi, ABŞ-də də inflyasiya özünü göstərir: “İnflyasiya dövründə əsasən, faiz dərəcələri yüksək olur, çünki bu, dövlətin iqtisadiyyatının zəifləməsinin qarşısını alır.
Oktyabr ayına qədər az da olsa, dolların bahalaşması müşahidə olunub.
Dolların bundan sonra dəyərinin necə olacağı seçkilərin nəticələrindən asılıdır. Çünki Co Baydendən fərqli olaraq, Donald Tramp əsasən iqtisadiyyata, dolların gücünə daha çox diqqət yetirir və bununla da faiz dərəcələrini yüksək saxlamağa çalışır”.
M. Calalov vurğulayıb ki, Donald Tramp əsasən, vergi yükünün azaldılmasına çalışacaq. O, bunu hələ 2016-cı ildə bildirmişdi: “Trampın prezident seçiləcəyi təqdirdə dolların dəyərinin yüksəlməsi qaçılmazdır. O, prezident seçilsə, Çindən idxal olunan məhsullara tətbiq olunan vergini də artıracaq”.
Ayşən Azadova