İspaniyada daşqın qurbanları üçün matəm elan edilib
9
19:11 - 30 Oktyabr 2024
İspaniyada daşqın qurbanları üçün üçgünlük matəm elan edilib.
TNS xəbər verir ki, matəm oktyabrın 31-dən noyabrın 2-dək davam edəcək.
Qeyd edək ki, İspaniyanın Valensiya bölgəsində baş verən daşqınlar səbəbindən ölənlərin sayı 70 nəfəri ötüb.
Azərbaycan Xarici İşlər Nazirliyi daşqın nəticəsində həyatını itirənlərlə bağlı İspaniya hökumətinə başsağlığı verib.