Close

İran polisi güneylilərin evlərinə hücum edib

Dünən İranın polis qüvvələri Şərqi Azərbaycan əyalətinin Hələmsi kəndinin sakinlərinin evlərinə basqın ediblər.

TNS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, iki kənd arasında çayın suyu üstündə münaqişəni həll etmək bəhanəsi ilə bölgəyə gələn polislər bir qadınla mübahisə ediblər, daha sonra yerli sakinlərin də məsələyə qarışması ilə münaqişə böyüyüb.

Bildirilib ki, qarşıdurmanın ardından İran təhlükəsizlik qüvvələri silah və hərbi texnikalarla kəndlilərin evlərinə hücum edib, qapıları sındırıb, avtomobillərə ziyan vuraraq, dövlət nömrə nişanlarını oğurlayıblar.

Qeyd olunub ki, polis qüvvələri asayişi yaratmaq və mübahisələri həll etmək yerinə müdafiəsiz insanlara hücum etmək yolunu seçiblər.