Naim Qasım İsrailə qarşı mübarizəni davam etdirəcəklərini bildirib
8
17:40 - 30 Oktyabr 2024
Livan Hizbullahının yeni lideri Naim Qasım Baş katib kimi ilk müraciətini yayımlayıb.
TNS xəbər verir ki, təşkilatın yeni lideri Həsən Nəsrullahın yolundan gedəcəklərini, mübarizəni davam etdirəcəklərini bildirib.
“Buradakı müqavimətimiz İsrailin layihələrini əngəlləyib və biz hələ də buna qadirik. Ən yaxşı müdafiə hücumdur”, - Naim Qasım bəyan edib.